► Tikiş maşınları haqqında məlumat
Tikiş maşınları çox müxtəlifdir. Onlar xarici görünüşü, konstruksiyasına və kinematik quruluşuna görə bir-birindən fərqlənirlər. Sapların toxunma qaydasına görə məkikli-ilməli və zəncirvari ilməli olur.
Təyinatına görə maşınlar aşağıdakı qruplara bölünürlər: düzxətli məkik ilməli; birsaplı zəncirvari ilməli; çoxsaplı zəncirvari ilməli; ziq-zaqa bənzər məkik ilməli; gizli birsaplı zəncirvari basdırma ilməli; hörmələyici tikişli maşınlar; düymə və başqa yardımçı materialların (furniturların) tikilməsi üçün yarımavtomatlar; ilgəklərin ilməklənməsi üçün yarımavtomatlar; bəndləmək və qısa tikiş üçün yarımavtomatlar; geyimlərin ayrı-ayrı hissələrinin hazırlanması və yığılması üçün yarımavtomatlar.
Maşınlar universal və xüsusi olurlar. Əgər maşın bir və ya bir neçə əməliyyatı yerinə yetirirsə, bu maşınlar universal (Şəkil 1.17), yalnız bir əməliyyatı yerinə yetirirsə, xüsusi (Şəkil 1.18) tikiş maşınları adlanır.