5
|
0.8
|
40
|
Orta qalınlıqlı parçalar: triko, yüngül komvol və s.
|
6
|
0.9
|
35
|
|
7
|
0.9
|
45
|
|
8
|
1.0
|
40
|
Qalın parçalar: draplar, mahud və s.
|
9
|
1.0
|
50
|
|
10
|
1.2
|
50
|
|
11
|
1.6
|
75
|
Kisələr, paqon və s. hazırlanan parça.
|
12
|
1.8
|
80
|
Üskük (oymaq) - iynəni parçaya batıran zaman barmağı zədələnməkdən qorumaq üçündür. Onu sağ əlin orta barmağına taxırlar. Üsküyün səthində şahmat qaydasında oyuqlar var ki, bunlar iynəni sürüşməyə qoymur (Şəkil 1.12). Üsküyü orta barmağın qalınlığına uyğun olaraq elə seçirlər ki, o, barmağa kip otursun. Üsküklər dibli və dibsiz olur. Yüngül geyimlərin hazırlanmasında əl işlərini yerinə yetirən zaman dibli üsküklərdən, üst geyimləri hazırladıqda isə dibsiz üskükdən istifadə edirlər. 8,10,12 №-li üsküklər kişilər üçün; 2,3,4,5 №-li üsküklər isə qadınlar üçündür. |
Qayçı - geyimi hazırladıqda həm parçanın biçilməsində, həm də kiçik hissələrin kəsilməsi və digər əməliyyatların icrasında qayçıdan istifadə edilir (Şəkil 1.13). Tikiş istehsalında tətbiq edilən qayçılar 8 №-də buraxılır. Onları yerinə yetirilən əməliyyatdan və işlədilən parçalardan asılı olaraq seçirlər (Cədvəl 1.4). Qayçılar bağlanarkən cingiltili səs çıxarmamalıdır; qayçının tiyələri bütün uzunluğu boyunca eyni dərəcədə yaxşı kəsməlidir. |