1.3. Lazım olan alət və avadanlıqları seçir.
► Əl işlərində istifadə olunan alət və tərtibatlar
Əl işlərinin görülməsi üçün lazım olan alətlərə - əl iynələri, üskük (oymaq), qayçı, santimetr lenti və s.; tərtibatlara - maneken, ülgülər, bıçaqlı halqa, sancaqlar və s. daxildir (Şəkil 1.11).
Məmulatın keyfiyyəti lazım olan alət və tərtibatların düzgün seçilməsindən çox asılıdır. Alət və tərtibatlar məmulat hazırlanan parçaya və görülən işin növünə uyğun olaraq seçilir.
Əl iynələri - ucları iti olmalı, möhkəm və sınmayan, yaxşı cilalanmış olmalı, göz lazımi ölçüdə olmalıdır. İynələr diametrinə (qalınlığına) və uzunluğuna, gözlərin ölçüsünə görə müxtəlif olur. İynələr uzunluqlarından və diametrlərindən, eləcə də təyinatlarından asılı olaraq, №1-dən №12-yə qədər buraxılır (Cədvəl 1.3). Tək nömrəli bütün iynələr cüt nömrəli iynələrdən uzun olur.
İynənin
№-si
|
Diametri,
mm
|
Uzunluğu,
mm
|
Təyinatı
|
Aşağıdakı parçalardan məmulat hazırladıqda
|
|||
1
|
0.6
|
35
|
Yüngül pambıq, ipək və yun parçalar.
|
2
|
0.7
|
30
|
|
3
|
0.7
|
40
|
|
4
|
0.8
|
30
|