Basma düymələrdən (Şəkil 1.8), əsasən, qadın geyimlərində istifadə olunur. Bu düymələr müxtəlif formalarda olur. Məsələn, fincan basma düymələr. Bunlar iki hissədən ibarətdir. Hissələrdən biri fincan kimi çökək, o biri yumru başlıqdır. Fincanın daxilinə yayvari məftil qoyulmuşdur. Hissələr ayrıca geyimin bağlanacaq yerinə tikilir və düymələmək üçün onların yumru başı fincana salınır, yayvari məftil başlığı fincanda möhkəm saxlayır.
Qarmaq və ilgəklər (Şəkil 1.9) forma və ölçüsünə görə müxtəlif üsulla hazırlanır. Materialın növünə görə qarmaq və ilgəklər polad lent, polad məftil və mis-sink ərintisindən hazırlanır. Qarmaq və ilgəklər səth örtüyünə görə nikelli və rənglənmiş olurlar. Onlar hamar olmalı, korroziya izi hiss olmamalıdır. Qarmaq rahat ilgəyə keçməlidir.
Zəncirbənd (Şəkil 1.10.) iki lentdən və bəndlərdən ibarətdir. Həmin bəndlər kilidi hərəkət etdirdikdə birləşirlər. Bənd sırasının axırında məhdudlaşdırıcı var ki, kilid ondan