► Geyim furnituru
Geyim hazırlayan zaman furnitur seçiminə də diqqət etmək lazımdır. Bunlara düymə, qarmaq, ilgək, dilçə, basma düymələr və s. daxildir.
Düymələr (Şəkil 1.7) təyinatına görə qadın, kişi, uşaq paltarları, köynəklər, möhkəm tikiş məmulatları üçün nəzərdə tutulur. Təyinatından asılı olaraq, düymələrin konstruksiyası, quruluşu, ölçüsü, rəngi və s. müxtəlif olur (Cədvəl 1.2).
Düymənin
diametri, mm
|
Dəliyin diametri,
mm
|
Dəliklərin mərkəzləri
arasındakı məsafə, mm
|
Düymələrin
hündürlüyü, mm
|
7
|
1,6
|
2,5
|
3,5
|
9-12
|
1,8
|
3,0
|
3,5
|
13-17
|
1,8
|
3,5
|
3,5
|
18-22
|
2,0
|
4,0
|
4,0
|
23-30
|
2,5
|
4,5
|
4,5
|
30-dan çox
|
2,5
|
5,0
|
5,0
|
Geyimlərə tikilən düymələr iki və dörd gözlü, örtülü, məftil qulaqlı, arxadan deşikli olurlar. Əgər kişilər üçün düymələrin rəngi məmulatdakı əsas parçanın rənginə uyğun seçilir və onlar geyimi düymələmək üçün nəzərdə tutulursa, qadın yüngül geyimlərində düymələrdən bəzək məqsədilə də istifadə edilir. Tikiş istehsalatında ən çox işlənilən polimer (plastmas) düymələrdir. Onların hazırlanması üçün xammal olaraq polistirol, poliamid qatranı, aminoplast, penoplast, polipropilen və s. istifadə edilir. Düymələr öz xarici görünüşünə görə zövq oxşamalı, ölçüləri və üzərindəki bəzəkləri təkmil olmalı, çatlar, cızıq və ləkələr olmamalıdır. Düymələr hazırlanma materialına görə plastmas, metal, ağac, sədəf, şüşə, sümük və s. formasına görə yastı, dairəvi, silindrik, kürəşəkilli və s. olurlar.