Şəkil 1.3. Klassik köynək
Köynək ciddi klassik üslubda hazırlanmışdır. Belə köynəkləri gündəlik və yaxud işgüzar görüşə geyinmək məqsədəuyğundur. |
Şəkil 1.4. Qolsuz köynək
Qolsuz tikilmiş, yaxa yeri qayıq formada olan köynək arıq bədən quruluşunu və arıq üz quruluşunu vizual olaraq dolu göstərir. |
Asimmetrik biçilmiş köynək modeli ötən əsrin 80-ci illərinin yeniliyi hesab edilir. Bu model köynəklər, əsasən, klassik üslubun elementi kimi tanınır. Adətən köynəkləri ətəklə və ya şalvarla geyinirlər. Əgər köynək həcmlidirsə, dama-dama, zolaqlı və ya başqa printli parçadan hazırlanıbsa, yaxşı olar ki, onu sadə, saya parçadan tikilmiş ətəklə geyinəsiniz. Əksinə, köynək saya parçadan, sadə fasonda tikilibsə, onu həcmli ətəklə geyinmək daha məqsədəuyğundur. |