Cibin hazırlanması üçün lazım olan detallar kəsilir: Cib altlığı, cib kisəsi (Şəkil 3.40).
Cib altlığı cib kisəsinə tikilir, sonra cib kisəsinin II tərəfi qeyd olunmuş cib xəttinə tikilir və üzərindən modelə uyğun baxya tikişi salınır (Şəkil 3.41).
Cib hazırlandıqdan sonra cib ağzının ölçüsü nəzərə alınmaqla cib kisəsi bel xəttinə birləşdirilir. Yan kəsikdə bəndləmə yerinə yetirilir (Şəkil 3.42).