► Klassik qadın şalvarının hazırlanma texnologiyası
Bir qayda olaraq, klassik qadın şalvarı kostyumun parçasından hazırlanır. Parça tez və yaxşı ütüləmə qabiliyyətinə malik olmalıdır, gigiyenik tələblərə cavab verməlidir (Şəkil 3.22). Əsas parçadan əlavə, astarlıq parça, yapışqanlı araqatı materialı, zəncirbənd lenti (parçanın rənginə uyğun), sap lazımdır.
Parçanı üz hissə içəri olmaqla iki lay səririk. Parçanın tərs üzünə kağızdan kəsilmiş şalvar hissələri (ülgü) əriş sapı istiqamətində yerləşdirilir. Ülgünün kontur xətləri yan və addım kəsiklərində 1-1,5 sm, aşağı kəsiyində isə 2-4 sm tikiş payı qoymaqla çəkilir. Oturacaq kəsiyində 2-3 sm, bağlama yerində 3-5 sm, bel kəsiyində 1-1,5 sm tikiş payı qoyulur (Şəkil 3.23). Əgər parça xovlu, naxışlıdırsa xovun istiqaməti və naxışın istiqaməti nəzərə alınmalıdır. Ön və arxa hissə bir istiqamətdə (xovun, naxışın istiqamətində) sərilməlidir (Şəkil 3.24). |
Şəkil 3.23. Şalvarın əsas hissələri
|