Balaq manjetli olduqda (Şəkil 3.21, a) ona 1-2 mm kənara çıxmaqla 5-7 mm məsafədə tesma tikilir. Sonra balaq qeyd edilmiş xətdən içəri qatlanır və universal maşında tesmanın qırağından 1-2 mm aralı tikilir. Tesmanın qalın kənarı eyni ölçüdə, kant şəklində manjetin qatlanma payından 1-2 mm kənara çıxarılır. Manjet şalvarın üz tərəfinə qatlanır və köklənir.
Pambıq parçadan hazırlanan şalvarın balağına tesma tikilmir. Balaq kəsiyi qatiayıcı alətin köməyi ilə və ya əllə qeyd edilmiş xətdən 10 mm içəri qatlanır. Ondan 1 mm arah (bu zaman yan və addım tikişi bir-birinə uyğun gəlməlidir) tikilir. Əsasən, pambıq parçadan olan şalvarlarda manjet ikiqat olduğu üçün qatlanma payına 25 mm əlavə edilir. Manjet şalvarın balağı üz tərəfə qatlanmaqla alınır. Manjetin eni modelin texniki təsvirində göstərildiyi kimi olmalıdır (Şəkil 3.21, a). Manjet yan və addım tikişinə universal maşında iki irəli-geri tikişlə, 10 mm uzunluğunda bəndlənir. Yamşaq (manjetsiz) balaqda yan kəsikləri birləşdirildikdə çərtiklər arasındakı məsafə tikilməmiş saxlanılır. Sonra yan tikiş açılır və ütülənir. Balaq qeyd edilmiş xətdən üz tərəfə qatlanır (yuxarı və aşağı çərtikləri gözləməklə) və çevrilən tikişlə 10 mm enində işlənilir. Yan kəsiyin künclərindəki artıq hissə kəsilir, tikiş səliqəyə salınır, küncləri çevrilərək düzəldilir. Balağın qatlanma payının kəsiyi 10 mm içəri qatlanaraq universal maşında tikilir. Qalın parçalardan hazırlanan şalvarın balağı köbə ilə xüsusi tərtibatlı universal maşında haşiyələnir və ya xüsusi maşında ilməklənir. Tikiş qatlanma yerindən, yaxud haşiyənin kənarından 1-2 mm və ya ilməklənmiş kənardan 5 mm aralı salınır. Yamşağın kənarı xüsusi və ya universal maşında ikiqat tikişlə (şalvarın balağına paralel, 10 mm uzunluğunda) bəndlənir.
Cins, qarışıq və pambıq parçadan hazırlanan şalvarın balağı manjetsiz işlənir. Əgər şalvar sərbəst uzunluqda (şkala - boy ölçüsü nəzərə alınmadan) hazırlandıqda onun balaq kəsiyi yalnız ilməklənir. Bütün başqa hallarda şalvarın balağı müəyyənləşdirilmiş endə içəri qatlanır, kəsik yenidən içəri qatlanmaqla qapalı kəsik kimi basdırılmaqla, haşiyələməklə, ilməkləməklə təkrar qatdan 2-3 mm məsafədə baxyalanır. Əməliyyat ikiiynəli və ya bir iynəli məkik toxunmalı maşınla aparılır.