► Şalvarın əsas hissələrinin birləşdirilməsinin bəzi xüsusiyyətləri
İlgək yeri şalvarın qabaq hissəsinin sol tərəfinə birləşdirilməzdən əvvəl sol tərəfində miyançanın kənarı astarla çevrilən tikişlə 5 mm enində işlənilir. Miyança qatına yapışqanlı haşiyə qoyulmadıqda ona astarla birlikdə azacıq dartılmaqla kətan haşiyənir.
İlgək yeri astarın üzərinə elə qoyulur ki, onun xarici kənarı astarın tikişindən 2 mm-ə qədər kənara çıxsın. Sonra ilgək yerində ilgəklərin arası ilə 7-10 mm uzunluğunda üç dəfə təkrar tikişlə astara bəndlənir. Bənd tikişi ilgəyin yönəlişinə paralel olmalıdır (Şəkil 3.17, a, b).
Şəkil 3.17. İlgək yerinin miyançaya
birləşdirilməsi |
Şəkil 3.18. İlgək yerinin miyançaya
birləşdirilməsi |
Miyançanın astarına bəndlənmiş ilgək yeri içəri tərəfə qatlanır və şalvarın qabaq hissəsində 2 mm kant əldə edilməklə ütülənir. Miyança qabaq hissə və ya qulfik tərəfdən şablonla, yaxud ülgü ilə qeyd edilmiş xəttin üstü ilə tikilir.
İçəri kəsiyi çevrilən tikişlə işlənilmiş ilgək yerindən istifadə edildikdə miyançanın astarı içəri tərəfə qatlanır və ütülənir. Bu zaman elə etmək lazımdır ki, miyança astarının baxya tikişi salındıqda onun altına düşsün. İlgək yerinin astara bəndlənməsi və miyança baxyasının salınması isə yuxarıda göstərildiyi kimidir (Şəkil 3.17, c).
İlgək yeri şalvarın qabaq hissəsinin astarında hazırlandıqda da miyança astarına tikilib qatlanır və ütülənir. Sonrakı əməliyyatlar yuxarıda göstərildiyi qaydada icra edilir.
Pambıq parçadan hazırlanan xüsusi və idman şalvarında astarla bütöv biçilən ilgək yeri miyançanın astarına birləşdirilir. Qabaq hissə ilə bütöv biçilən ilgək yeri və miyança astarının kəsikləri xüsusi tərtibatın köməyi ilə içəri qatlanır, miyança astarının qatlanan kənarından 1-2 mm məsafədə tikilir. Daha sonra ilgək yeri miyança astarının üzərinə ilgəklərin arası ilə bəndlənir və yuxarıda göstərildiyi kimi baxyalanır (Şəkil 3.17, ç).
Düymə yeri şalvarın qabaq hissəsinə düymə yeri tərəfdən 7 mm enində tikişlə, kəmər kəsiyindən başlayaraq miyança kəsiyinin çərtiyinə qədər tikilir. Əgər saat cibi sağ tərəfdə olacaqsa, onda cibin astarı da tikilir (Şəkil 3.18, a). Sonra düymə yerinin tikişi açılır, yaxud düymə yeri tərəfə ütülənir (bu halda miyança ilməklənmir]. Pambıq parçadan hazırlanan şalvarın düymə yerinin tikişi səliqəyə sahnır və düymə yeri tərəfə qatlanır (Şəkil 3.18, b, c).