Modulun adı: Bel geyimlərinin hazırlanması |
Modulun ümumi məqsədi: Bu modulu tamamladıqdan sonra tələbə müxtəlif modeldə bel geyimlərin hazırlanması ardıcıllığını biləcək, onları tikməyi bacaracaqdır. |
Təlim nəticəsi 1: Düz bədənə yatımlı ətəkləri biçməyi bilir və texnoloji ardıcıllıqla tikməyi bacarır. |
Qiymətləndirmə meyarları |
1. Bel geyimlərini tikən zaman təhlükəsizlik texnikası qaydalarına riayət edir. |
2. Ətəklərin çeşidlərini təsnif edir. |
3. Bədənə yatımlı ətəklərin biçimə hazırlıq işlərini sadalayır. |
4. Bədənə yatımlı ətəklərin hazırlanması üçün əsas və köməkçi materialları seçir. |
5. Ətəklərin tikilməsi üçün lazım olan avadanlıqları sadalayır. |
6. Texnoloji ardıcıllığa uyğun bədənə yatımlı ətəklərin tikilməsini nümayiş etdirir. |
Təlim nəticəsi 2: Müxtəlif fasonlarda ətəklərin təyinatını bilir və onları tikməyi bacarır. |
Qiymətləndirmə meyarları |
1. Müxtəlif formada ətəklərin çeşidlərini təsnif edir. |
2. Yarımdairəvi ətəklərin tikilmə texnologiyasını müəyyən edir. |
3. Dairəvi ətəyin hazırlanmasını izah edir. |
4. Altı və səkkiz (tikişli) qode effektli ətəyin hazırlanmasını nümayiş etdirir. |
Təlim nəticəsi 3: Şalvarın tikilməsi ardıcıllığını bilir və onu tikməyi bacarır. |
Qiymətləndirmə meyarları |
1. Bədən tipinə uyğun şalvar modellərini seçir. |
2. Şalvarın əsas hissələrinin işlənilməsini təsnif edir. |
3. Şalvarın miyançasının zəncirbəndlə və kəmər yerinin işlənilməsini nümayiş etdirir. |
4. Şalvarı texnoloji ardıcıllıqla hazırlayır. |