► Şalvarın arxa hissəsinin hazırlanması
Əgər şalvarın addım kəsiyində calaq varsa, əvvəlcə calaq 10 mm enində tikişlə calanır, sonra isə tikiş açılır. Xüsusi və idman şalvarının, eləcə də pambıq parçadan hazırlanan şalvarın arxa hissəsindəki addım kəsiyinin calağı qapalı və ya bağlı tikişlə işlənilə bilər. Sonra quraşdırma əməliyyatı aparılır. Əgər modeldə şalvar kəmərinin uzunluğunu tənzimləmək üçün kəmərcik nəzərdə tutulmuşdursa, ona çərtiklə qeyd edilmiş xiştək ilə birlikdə toqqa salınır və tikilir.
Şalvarın arxa hissəsinə lazımi həcmi forma nəmlənib-isidilmə əməliyyatı hesabına verilir. Şalvarın model və konstruksiyasından (dar, gen) asılı olaraq, hissələrin nəmlənib-isidilmə əməliyyatı, eləcə də şalvarın əsas hissəsindəki əməliyyatlar müxtəlif tərzdə aparılır.
Nümunəvi konstruksiyalı və orta enlilikdə olan şalvarın arxa hissəsinin nəmlənib-isidilmə əməliyyatı belə yerinə yetirilir:
|