Dar və bədənə kip oturan cinslər: Dar cinslər rahatlığı və əlverişli olması ilə seçilir. Köynək uzun və boş olmaq şərti ilə dar cinsləri kök xanımlar da geyinə bilər. Bu cinslərin digər bir üstünlüyü ondan ibarətdir ki, onlar bütün ayaqqabı modelləri ilə uyğunlaşır. Bir-birilərini mükəmməl şəkildə vurğulayırlar (Şəkil 3.6).
Yamaqlı cinslər: Yamaqlı, üstü daş-qaşla bəzədilən cinslər də fərqli modeldir (Şəkil3.7). Lakin ayaqlarınız çox qısadırsa, diqqət çəkən bu cür modellərdən uzaq durmaqda fayda var.