Enli balaqlar: Enli balaqlı şalvarlar artıq çəkini ustalıqla gizlədir, ayaqları daha uzun göstərir (Şəkil 3.3). Enli balaq cinslər çox arıq və kök xanımların da rahatlıqla geyinə biləcəyi modeldir. Bundan başqa, qarderobdakı klassik geyimlər siyahısına daxil olunur. Uzun görünmək istəyən xanımlar onu dikdaban ayaqqabı ilə tamamlanması mümkündür. Sadəcə ayaqqabının dabanının görünməməsinə diqqət edilməlidir.
Hündür bel cinslər: Əgər beliniz çox incədirsə, bu tərz cinsləri qarderobunuza mütləq əlavə etməlisiniz (Şəkil 3.4). Ayaqları olduğundan uzun göstərən bu model bədən quruluşunu ideal şəkildə vurğulayır. Kök xanımlar isə daha boş modellərini geyinə bilərlər.