Modelyer-dizayner müştərilərə geyimi zövqlə, dəbə uyğun bir tərzdə müştərinin ölçülərinə görə biçməlidir. 0, öz yaradıcı peşəsindən, geyimin hazırlanma prosesindən, bütün əməliyyatların nəticəsi olaraq konkret bir müştərinin ölçüsünə əsasən tikdiyi geyimin meydana çıxmasından sevinc duymalıdır.
Modelyer-dizayner sənətinə yiyələnmək istəyən hər bir kəs iti gözlərə, bacarıqlı əllərə, zirək davranışa, dərin yaddaşa malik olmalıdır.
Tələbə bu modulu tamamladıqdan sonra bel geyimlərini təyinatına, sifarişçinin bədən tipinə əsasən seçməyi bacaracaqdır və müxtəlif modeldə bel geyimlərini sifarişçinin tələbinə uyğun hazırlayacaqdır.