Hörmətli oxucu!
Yüksək keyfiyyətli, müasir modaya uyğun müxtəlif tikiş məmulatlarının hazırlanması - müəssisəyə tətbiq edilən yeni geyimin hazırlanma texnologiyasından, avadanlıqlardan və köməkçi mexanizmlərdən asılıdır. Qarşıya qoyulan məsələnin həlli, peşə təhsilinə ixtisaslı dərzilərin, geyim üzrə dizaynerlərin daima axını olmadan mümkün deyil. Bu ixtisaslı qruplarda peşə hazırlıq modullarının tədrisində məqsəd müxtəlif görünüşlü geyimlərin texnoloji hazırlanması üçün nəzəri biliklərin və təcrübi bacarıqların mənimsənilməsidir.
Hazırlanmış bu modul geyim üzrə dizayner peşəsi üzrə təlim materialı kimi istifadə olunacaqdır. Geyim üzrə dizayner müxtəlif geyimlərin hazırlanmasında istifadə olunan materialları əlamətlərinə görə fərqləndirməyi, materialların keyfiyyətindən asılı olaraq, onları əl üsulu ilə və ya maşın ilə tikməyi, ütü əməliyyatını (əl ilə və ya maşınla), hazır məmulatın nöqsanlı hissələrini aşkar etməyi, sifariş edilən məmulatı yeni texnologiyadan istifadə edərək hazırlamağı bacarmalıdır.