Kəmərin işlənilməsi - Kəmərin eni modelin tələbinə əsasən kəsilir. Əgər araqatı nəzərdə tutulubsa, onu da kəmərə uyğun kəsmək lazımdır (Şəkil 2.22).
Yapışqanlı araqatı kəsilir və kəmərin üzərinə yerləşdirilir. Yapışqanlı araqatı ütü ilə kəmərə birləşdirilir (Şəkil 2.23).
Ətəyin bel kəsiyi hörmələnir (Şəkil 2.24) və tikilir (Şəkil 2.25).