► Dairəvi ətəyin hazırlanması
İşə ölçü götürməklə başlamaq lazımdır. Bu zaman bel dairəsi və ətəyin uzunluğunu ölçmək kifayət edir. Bundan əlavə parça sərfiyyatını hesablamaqda vacibdir.
İlk növbədə parça biçimə hazırlanır. Parça dekotirovka (qısalma payını götürmək üçün isti su ilə isladıb ütüləyin) edilir, nöqsanlarını yoxlanılır və ətək biçilir (Şəkil 2.14).
Yoxlamaya hazırlanılır və biçilmiş ətək kəsiyini tikilir (Şəkil 2.15).
Yoxlama yerinə yetirilir və lazım gələrsə düzəlişlər üçün işarələr qoyulur. Zəncirbənd lentinin tikilməsi üçün isə zəncirbənd lenti şəkildə göstərildiyi kimi parçanın üzərinə qoyulur, başlıqlı sancaqla bəndlənilir (Şəkil 2.16).