► Parçanın biçilməsi
Xətkeş və lekal vasitəsi ilə uzun düz xətlər, sonra qısa və oval xətlər modelə uyğun ölçülər əsasında çəkilsin, xətlərin bərabərliyi və paralelliyi gözlənilsin. Detalları kənar xətlər boyu kəsin (Şəkil 1.47).
Kəsilmiş hissələri işə hazırlayın. Əsas hissələrin düzgünlüyünü yoxlayın. Ətəyi yoxlamaya hazırlayın. Qarsaqları və yan tikişi tikin. Ətəyi yoxlayın. Belin qarsaqların və omba dairəsinin yerində oturması yoxlanılır (Şəkil 1.44). Ətəyin uzunluğu dəqiqləşdirilir. Lazımi qeydlər aparılır. Başlıqlı iynələrlə işarələr edilir.