İpək parça, əsasən, don, don-kostyum, ətək (Şəkil 1.31) və bluz üçün istifadə olur. Onlardan plaş, palto, gödəkcə, kişi köynəyi, kostyum, qadın paltarı tikilir, astarlıq (palto, kostyum, və şalvar üçün) üçün də istifadə edilir.
Təbii lifdən istehsal olunan parça istehsal olan ipək parçanın xüsusi çəkisinin 3 %-ə qədərini təşkil edir. Təbii lifin əsas hissəsini krep yarımqrup - krepdeşin, krep-şifon, krep-jorjet təşkil edir.
Furnitura - yardımçı məmulatdır, geyimi düymələməyə xidmət edir (düymə, zəncirbənd (zəncirbənd lenti), basmadüymə, qarmaq, ilgək, toqqa və s. ətəkdə istifadə edilmiş furnituralardır) (Şəkil 1.32).
Geyim hissələrinin bərkidilməsi üçün olan materiallar. Parça trikotajdan olan geyim hissələrinin bərkidilməsi üçün, əsasən tikiş saplarından (pambıq, ipək və kimyəvi) istifadə olunur. Bəzi hallarda Parçadan olan məmulatlarda sintetik polimer əsaslı yapışqanlardan da istifadə edilir (Şəkil 1.33).