► Yun parçalar
Yun parça məişətdə geyimin təyinatına, istifadə edilən ipliyin növünə və istehsal üsuluna görə kamvol (zərif daranmış), zərif mahuda, cod mahuda bölünür (Şəkil 1.30).
Yun parçanın istehsalında zərif yun, yarımzərif, yarımcod və cod yundan (qoyun və dəvədən alınan), təkrar (bərpa edilmiş) yundan, yun istehsalında əmələ gələn tullantı və qırıntılardan alınan yundan hazırlanan iplikdən istifadə edilir. Yarımyun parça istehsalında pambıq iplikdən və kimyəvi liflərin sapından, eləcə də liflərin qarışığından (yun, pambıq, viskoza, lavsan, kapron, nitron və s.) istifadə olunur.
Yarımyun mahud - parça qarışıq iplikdən (yun və viskoz lifindən), eləcə də pambıq iplikdən (əriş) və qarışıqdan (arğac) istehsal olur. Bu parçadan, əsasən, müəssisə və ya xüsusi geyimin hazırlanması üçün istifadə olunur.
Yarımyun drap parçası tərkibində 30-70 % yun lifi olan, bir yarımqatlı və ya ikiqatlı, saya boyanılmış, əlvan və ya melanj ipliyindən hazırlanır. Onların strukturu xarici görünüşünə, səthi sıxlığına görə xalis yundan olan drapla eynidir.
► İpək parçalar
İpəkçilik sənayesi təbii və kimyəvi liflərdən olan iplikdən və sapdan, pambıqla kimyəvi liflərin qatışığından (pambıq 50 %-dən az olmamaqla), əriş üçün kimyəvi lifdən və onların qatışığından, arğac üçün kimyəvi lifdən istifadə etməklə istehsal olunur.