Məişət təyinatlı parça (parça, kostyum - donluq, yeməkxana, dəyişəklik, dəsmallıq və s. istifadə olunan) xalis kətandan birsaplı nəmli əyirmə ipliyindən xətti sıxlığı 33,3- 117,6 teks və yarımkətan, ərişi pambıq olan xətti sıxlığı 18,5; 20,5; 25; 29,4 teks, əsasən, tez-tez iki qoşalanıb eşilmiş iplikdən hazırlanır. Kostyum - donluq parça əldə etmək üçün qarışıq iplikdən (kətan-lavsan, kətan-kapron, kətan-nitron) istifadə edilir. Kətan-lavsan parçası geniş yayılmışdır. Onun tərkibinin 50 və ya 67 %-ni lavsan təşkil edir. Kətan-lavsan parçası yunluluq təəssüratı yaradır və xarici görünüşü gözəlləşir, ipliyin tərkibinə lavsan lifi 50 %-dən çox qatdıqda kətan-lavsan parçası əzilmir, aldığı formanı saxlama dayanıqlığı artır, qasmalar yaxşı yatır, sürtülməyə davamlıdır, lakin onların hiqroskopiklik qabiliyyəti kətan parçasına nisbətən aşağıdır, bu da parçanın hiqroskopik xassəsini pisləşdirir. Belə parça toza meyllidir.
Kətan-viskoz parçası ipəyə bənzəyir, gözəldir, yaxşı drapirlənir, hiqroskopikdir, lakin o da kətan parçası kimi əzilir. Bu parça viskoz, triasetat lifli tərkibli, eləcə də kətan ipliyinin kompleksli kapron, lavsan və viskoz sapı ilə eşilməsi ilə də istehsal olunur.
Formaya davamlı kətan parça səthində relyefliyik bildirən plastik parça müxtəlif naxışlı toxumalı, o cümlədən ajuru (şəbəkəyə bənzər) üst tikişi effektini verən, jakkard naxışlı, sıxılmış effektinə bənzəyən kətan parça buraxılır. Kostyumluq, don və şalvarlıq kətan parça əvvəllər olduğu kimi, diaqonallı sarja toxuması ilə hazırlanılır.