Xovlu parça qrupunun əriş ipliyi zərif daranma və ya karda eşilmiş iplikdən və əsasən, də birsaplı arğacla hazırlanır. Arğacdan alınan xovun kəsilmə sahəsində boşalma alınmasın deyə, xovlu parça arğac üzrə çox sıx toxunmalı olur.
Velvet - eşilmiş karda ipliyindən xətti sıxlığı 18,5 teks x2 və ya zərif daranma ipliyindən xətti sıxlığı əriş üzrə 15,4 teks x2, 11,7 tek x2; arğac üzrə karda lifdən xətti sıxlığı 41,7, 31,2 və 18,5 teks, yaxud zərif darama ipliyindən xətti sıxlığı 29,4 və 15,4 teks alınır. Səthi sıxlığı 220 - 350 q / m2 təşkil edir.
Velvet - kordun səthində xovun hündürlüyü 1,5 mm-ə qədər, 3-5 mm enində, uzununa zolaqlı-qabarıqlığa malik olur. Velvet qabarıq zolaqlı parçanın səthində kiçik relyefli zolaq, 0,8-0,9 mm hündürlüyündə xov olur. Velvetlər saya rəngdə və ya basma naxışla boyanılır. Velvet parçalardan müxtəlif modellərdə ətəklər tikilir.
► Kətan parçalar
Kətan parça (Şəkil 1.29) kətanın yaş əyirmə ipliyindən, kətanın quru əyirmə ipliyindən və daraq altı kətanın yaş əyirmə ipliyindən və daraq altının quru əyirmə ipliyindən istehsal edilir. Liflərin tərkibinə görə xalis kətan, kətan və yarımkətan parçaya ayrılır. Eləcə də kətan ipliyinin pambıq ipliyi ilə, kimyəvi sapla, tərkibində ştapel kimyəvi liflərinin qarışığı olan ipliklərdən hazırlanır.