Pambıq parça bir sıra faydalı xüsusiyyətə malikdir: xeyli möhkəmdir, çoxsaylı dartılmaya və qatlanmaya kifayət qədər davamlıdır, yaxşı hiqroskopik xassəyə malikdir. Pambıq parçadan olan məmulat tez nəmlənir və quruyur, yaxşı yuyulur və yüksək temperaturda ütülənir. Pambıq parça sintetik lifli parçaya nisbətən sürtünməyə az davamlıdır.
Donluq parça pambıqdan və pambıqla kimyəvi liflərin qatışığından istehsal edilir. Bütün donluq parçanın 2/3 hissəsi birsaplı karda və eşilmiş iplikdən hazırlanır. Yaxşı parça bir sistem və ya hər iki sistemin zərif daranma üsullu ilə işlənmiş iplikdən hazırlanandır. Az miqdarda parça pambıq ipliyi ilə kompleksli viskoza və ya asetat sapı ilə eşilməklə hazırlanır. Bəzi donluq parça səthi kiçik reyefli hazırlanır, bunu almaq üçün o nazik ipliklə klassik toxuma əsasında, kimyəvi liflə qarışıq hazırlanır. Çox istifadə olunan parça, pike, panama, əsas sarja, sınıq sarja toxumalı qarışıq iplikdən və pnevmomexanki əyirmənin rotor ipliyindən istehsal olunur.
Donluq, bluz, kişi üçün üst köynəkliyi yüngül, kiçik relyefli səthi olan parça, eləcə də ala-bəzək, müxtəlif üsulla və fasonlu ipliklə bəzədilməklə hazırlanır.
► Xovlu parçalar
Arğacı - kəsilmiş (xovu arğacdan olunan) xovlu parça qrupuna aid olanlar: velvet (Şəkil 1.28 a) (velvet-korda, qabarıqlı velvet) və yarımməxmər (Şəkil 1.28 b), eləcə də ərişi kəsilmiş (xov əriş ipliyindən alınan) daxil olur.