Yöndəmsiz bədən quruluşu: Sakit, klassik üslubda və üzlüyü olan ətəklər bu cür bədən tipi üçün ideal seçimdir. Ən əsası yadda saxlayın ki, ətəklər sizə dar kəsim şalvarlardan daha yaxşı yaraşır. Yüngül parçadan tikilən, dizə qədər olan ətəklər (Şəkil 1.16) də uğurlu seçim ola bilər. Cibləri olan və büzməli ətəklərdən uzaq durmanız məsləhətdir. Tünd rənglərin sizə daha çox yaraşdığını isə unutmayın.