İncə belli xanımlar: İncə belli olmaq, şübhəsiz ki, bütün xanımların arzusudur. Ancaq qadınların beli olduqca incə olsa da, bəzilərinin ombaları iri olur. Bu tip bədən quruluşuna sahib olan qadınlara dar ətəklər yaraşmır. Bu cür bədən quruluşuna sahib olan qadınlara modelyerlər balon ətəklər geyinməyi tövsiyə edirlər (Şəkil 1.12).
Qısa boylu xanımlar: Artıq çəkili və qısa boylu qadınlara qısa ətəklər geyinmək tövsiyə olunur. Ətəyin uzunluğu ən çox dizə qədər olmalıdır. Çünki ətək nə qədər uzun olsa, boyları bir o qədər qısalır (Şəkil 1.13).