► Ətəklərin çeşidləri
Çox çeşidli ətəklərin modelleri arasından hər bir xanım öz bədən ölçülərinə, zövqünə uyğun ətəyi (yubkanı) seçərkən müəyyən çətinliklərlə qarşılaşır. Qadınlar ətək (yubka) seçərkən bədən ölçülərindən başqa, həyat tərzini də nəzərə almalıdır. Xarakterini və həyat tərzini geyimlərinə köçürməyi bacarmalıdır. Bəs sizin üçün ən uyğun ətək (yubka) modeli hansıdır?
Ofisdə çalışanlar: Masa başında çalışan xanımlar üstünlüyü klassik ətək modellərinə verməlidirlər (Şəkil1.10). Qırçınlı, düz kəsimlər ola bilər. Çox hərəkət etmədikləri üçün parlaq və təbii parçalardan tikilən ətəklər geyinə bilərlər.
Hərəkət edənlər: Daima hərəkət edən xanımlar həm rahat, həm də zərif ətək seçməyə çətinlik çəkirlər. Kloş, qırçınlı və volanları olan ətəklər həm rahat, həm də çox zərifdir (Şəkil 1.11).