Bel geyimlərinin hazırlanması
- Aşağıda verilmiş şalvar hissələrinin adını yazın. Hissələrdə kəsikləri təyin edin.
Müzakirələr aparın
- İki qrupa bölünün. Hər qrup ayrılıqda rollu oyun təşkil etsin. Rollu oyunda qruplar
fərdi sifariş qəbul etmək üçün əmək bölgüsü aparsın. Sifarişçidən şalvar sifarişi
qəbul edin. İşi texnoloji ardıcıllıqla icra edin. Daha düzgün iş aparan qrup qalib
seçilir.
- Üç qrupa bölünün. Şalvarın tikilməsinin texnoloji ardıcıllığını yazın. Texnoloji
ardıcıllığa əsasən əməliyyatların izahı üçün suallar hazırlayın. Qruplar arası
müzakirələr aparın.
- Nümunəvi konstruksiyalı və orta enlilikdə olan şalvarın arxa hissəsinin nəmlənib-isidilmə
əməliyyatının yerinə yetirilmə mərhələləri göstərilən kağız lövhədən
asılmışdır. İki qrupa bölünün, hər qrup ayrılıqda mərhələlərin izahını yazsın.
Müzakirələr aparın.
- İki qrupa bölünün, bir qrup üzvləri özlərinin geyim çeşidlərinin içərisində olan
şalvar modelləri haqqında yazsın, təqdimat etsin. İkinci qrup təqdimatı dinləsin,
suallar versin.