Modelin tələbinə əsasən baxya tikişi salınır (Şəkil 3.59).
Yekun ütüləmə əməliyyatı yerinə yetirilir. Bağlama üçün kəmərə düymə, yaxud qarmaq tikmək mümkündür. Şalvar hazırdır (Şəkil3.60).
► Şalvarda müşahdə edilən qüsurlar, onların düzəldilmə qaydası
Əgər şalvarı geyindikdə sarğı büküyü sahəsində qırışıq, sınma əlamətləri varsa (Şəkil 3.61), deməli, omba və addım sahəsində arxa hissə ensizdir (dardır). Bu qüsuru düzəltmək üçün ehtiyat saxlanmış parçanın hesabına enlətmək lazımdır. Əgər bu, kömək etməzsə, arxa hissənin addım kəsiyinə (sağrı səviyyəsində) calaq tikmək lazımdır.