Tikiş iki tərəfə açılaraq ütülənir (Şəkil 3.54).
Kəmərin işlənilməsi - Kəmər əriş sapı istiqamətində kəsilir. Uzunluğu bel xətinə bərabər olur. Tikiş payı üçün hər tərəfdə 1 sm əlavə edilir. Eni 7-8 sm götürülür. Əgər kəmər iki hissədən ibarət olarsa, kəmərin eni 3,5-4 sm götürülür. Kəmərin üzərinə kəmərin enindən 2 sm ensiz, uzunluğundan isə 2 sm qısa yapışqanlı araqatı yapışdırılır (Şəkil3.55).