3.4. Araqatlı və bəzək elementli kiçik hissələri hazırlayır.
Bəzək elementli hissələr.
Palto, yarımpalto, gödəkcə və jaketdə bəzək və başqa məqsədlər üçün kiçik hissələrdən - körpü, kəmər, kəmərcik, cib qapağı, cib ağızlığı, pat və s. istifadə edilir (Şəkil 3.37).
Şəkil 3.37. Bəzək elementli hissələr | Şəkil 3.38. Bəzək hissələrin çertyoju |
Körpü paltoya, jaketə, gödəkcəyə və şalvara tikilir. Onun eni 10-12 mm, 20-25 mm (ensiz), 60-100 mm (enli) olur. Enli körpü astarla hazırlanır. Astar üstdən iki kant enində ensiz biçilir. Kantın eni parçanın qalınlığından asılıdır (1-2,5 mm).
Kəmərcik, pat, cib qapağı müxtəlif ölçüdə və formada hazırlanır (Şəkil 3.38). Cib qapağı və cib ağızlığı, pat cibin əsas hissəsi hesab olunmur. Onlar bəzək hissəsinə aiddir. Modeldən asılı olaraq, öz parçasından astarla və ya əsas parçadan bütöv biçilmiş olur. Cib ağızlığı astarla və ya bütöv biçilir. Kəmər əsas parçadan astarsız və ya astarlı, ara materialı ilə, yaxud onsuz hazırlanır. Modeldən asılı olaraq, kəmər ilgəkli, qarmaqlı, düymə ilə və ya toqqah hazırlanır.