3.3. Modelə uyğun kiçik hissələri konstruksiya edir.
Müxtəlif ciblərin konstruksiyası
Geyimin inkişafı prosesində ciblərin funksiyası həmişə dəyişmişdir. Müasir qadın geyimlərində ciblər, əsasən, funksional-dekorativ rol oynayır.v Tamamilə dekorativ ciblərdən də istifadə olunur. Ciblərin formasına, konstruksiyasına, ölçüsünə, yerləşməsinə və bəzəyinə dəb çox böyük təsir göstərir.
Üstdən qoyma, kəsik, tikişdə olan ciblər mövcuddur. Bunlardan hər biri özünəməxsus müxtəlifliyə malikdir (Şəkil 3.33 A).