Dayanıqlı-qatlamalı yaxalıqlar. Klassik dayanıqlı-qatlamalı yaxalıqlar boyuna yapışıq olur. Bu yaxalıqlar kişi köynəkləri üçün xarakterikdir (Şəkil 3.20, 3.23, 3.24).
Yarımqatlamalı yaxalıqlar.Bu yaxalıqlar konstruksiyasına və görünüşünə görə dayanıqlı-qatlamalı yaxalıqlara oxşardır. Fərq ondadır ki, bu yaxalığın dayaq hissəsi balacadır. Buna görə də bu yaxalıqlar boyuna yapışmır. Bunlardan başqa apaş, şal tipli, pencək tipli yaxalıq formaları da var (Şəkil 3.21, 3.28, 3.30).
Yastı yayılmış yaxalıqlar. Bu tip yaxalıq çiyin üzərinə yatır. Yaxalıqda dayaq olmur. Çiyin üzərinə yayılan yaxalıqlar ensiz və ya çox enli ola bilir (Şəkil 3.19, 3.26, 3.27).
Pencək tipli yaxalıqlar
Pencək tipli yaxalıqların digər yaxalıqlardan fərqi onun ön hissə ilə birlikdə biçilməsidir. Pencək tipli yaxalıqlar yalnız kişi geyimlərində deyil, həmçinin qadın geyimlərində - jaket, palto, don kimi geyim məmulatlarında aktualdır (Şəkil 3.28). Bu tip yaxalıqların dəbdən asılı olaraq, eni və küncünün forması dəyişilir.