3.2. Yaxalıqların növlərinə əsasən çertyojunu çəkir.
Yaxalıqlar və onların formaları
Yaxalıq məmulatın bir hissəsidir. Onlar geyimə yaraşıq verir. Yaxalıqlar müxtəlif formalarda olur. Yaxalıqları iki tipə bölmək olar:
1. Boyuna tikilmə üsuluna və çertyojun qurulma üsuluna görə: a) boyuna tikilmiş, b) məmulatın əsas hissəsi ilə birlikdə biçilmiş.
Boyuna tikiləb yaxalıqlar beş qrupa bölünür: 1) dayanıqlı, 2) dayanıqlı-qatlamalı, 3) yarımdayanıqlı, 4) yastı yayılmış, 5) fantaziya.
Birinci 4 növ yaxalıqlar bir-birindən dayağının hündürlüyü ilə fərqlənirlər. Bu hündürlük dayanıqlı yaxalıqda ən böyük, yastı yayılmış yaxalıqlarda isə kiçikdir.
2. Boyun kəsiyinin formasından asılı olaraq, yaxalıqlar iki qrupa bölünür: bağlı boyun kəsiyinə tikilən yaxalıqlar, açıq boyun kəsiyinə tikilən yaxalıqlar.
Dayanıqlı yaxalıqlar. Bu yaxalıqlardan, əsasən, kişi köynəklərində və müxtəlif qadın geyimlərində istifadə edilir (Şəkil 3.25).