- Sonda ön və arxanın reqlan qolları üzərində əriş sapının istiqaməti oxlarla
qeyd olunur (Şəkil 3.12).
Şəkil 3.12. Hissələrdə əriş sapının istiqaməti
Kimono qol
Kimono qollu geyimlər daha çox sərbəstliyi olan geyimlərdə istifadə olunur. Kimono
qolun aşağı kəsiyi modeldən asılı olaraq dəyişir (Şəkil 3.13).
Şəkil 3.13. Kimono qol |
Şəkil 3.14. Qarsaqların bağlanması |
1. Ön və arxanın baza çertyoju qurulur.
2. Arxadakı çiyin qarsağı və öndəki döş qarsağı bağlanır (Şəkil 3.14).
3. Arxa hissədə çiyin kəsiyi 0,6 sm qaldırılır (çiyinlik qoyulan modellərdə
kəsiyi qaldırılmır) (Şəkil 3.15).