Qolun yuxarı dairəsinin dəyişdirilməsi
- Qolun baza ülgüsü qurulur.
- Qolun orta xəttini qolun yuxarı dairəsindən 0,6 sm qaldırıkaraq həmin
nöqtədən üfüqi xətt çəkilir (Şəkil 3.9).
- Dirsək xəttindəki K nöqtəsindən 0,6 sm sağa qeyd edilərək qolun yeni ön
kəsiyi çəkilir.
- Qol əyrisinin sağ və sol nöqtələri 3,8 sm aşağıya doğru E və F nöqtələri qeyd
edilir.
- Qolun yuxarı dairəsində EX parçası kürəyin qol kəsiyindəki AX parçasına
bərabərdir (Şəkil 3.7 ). Həmçinin FX parçası ön hissənin qol kəsiyində CX
parçasına bərabərdir (Şəkil 3.8).
- Dirsək xəttindəki qarsaq 0,6 sm-ə qədər kiçildilir.
Şəkil 3.9. Qolun yuxarı dairəsinin
dəyişdirilməsi
Reqlanın qurulması
- Reqlan qolun çiyin kəsikləri əsas qolun yuxarı dairəsinə elə yerləşdirilir ki, X
nöqtələri bir-birinin üzərinə düşsün, B və D nöqtələri isə üfüqi xəttin üzərində
yerləşsin. (Şəkil 3.10).