2. Dirsək aşırımı
Dirsək aşırımının eni yuxarıda QsolQ4 = 4 sm
Dirsək aşırımının eni aşağıda A2A6 = 1- 2 sm
A6 və A5' nöqtələri düz xətlə birləşdirilir ki, bu da alt qolun ağız hissəsidir. Q4 və A6 nöqtələri düz xətlə birləşdirilir. Dirsək xətti ilə kəsişmə nöqtəsi D6 qoyulur.
Alt qolun arxa kəsiyi dirsək xətti boyu 1-1,5 sm qabarıq əyri xətlə birləşdirilir, D6D7 = 1 sm. Alınmış xətt yuxarıya qədər davam etdirilərək qolun dairəsinin aşağı hissəsi ilə kəsişmə nöqtəsi Q41 adlandırılır (Şəkil 3.4).
Üst qolun arxa kəsiyi Q2, D8, A4 nöqtələri əyri xətlə birləşdirilərək yuxarıya davam etdirilir.
Q21 nöqtəsi Q3'-lə maili xətlə birləşdirilir.
Reqlan qollar
Reqlan qollar gündəlik geyimlərdə geniş istifadə olunur. O, çiyin xəttinə yumşaqlıq verərək vizual olaraq çiyinin ölçüsünü kiçildir (Şəkil 3.5). Reqlan qolları çertyoj qurmaq və qrafiki üsul ilə hazırlamaq olar. Lakin qrafik üsul sadə və tez başa gələndir.