O1 nöqtəsindən sağa və sola 8,5 sm qeyd edilərək Qsol və Qsağ nöqtələri qoyulur. Alınmış nöqtələrdən yuxarı perpendikulyar qaldıraraq üfüqi xətlə kəsişməsindən alınan nöqtələr solda O4, sağda O3 nöqtələri qoyulur.
4. Qolun uzunluğu
O3Qsağ şaquli xətti aşağıya qədər uzadılaraq O3 nöqtəsindən 56 sm - qolun uzunluğu qeyd edilib, A nöqtəsi qoyulur. A nöqtəsindən sağa və sola üfüqi xətt çəkilir (Şəkil 3.3).
5. Dirsək xəttinin məsafəsi
O3 nöqtəsindən şaquli xətt üzrə aşağıya 33 sm qeyd edilib, D nöqtəsi qoyulur. D nöqtəsindən sağa və sola üfüqi xətt çəkilir.
6. Dirsək xəttində qolun ön hissədə mailliyi
D nöqtəsindən sola üfüqi xətt üzrə 1 sm qeyd edilir, D1 nöqtəsi qoyulur. D1 nöqtəsi Q və A nöqtələri ilə köməkçi düz xətlərlə birləşdirilir.
DD1 = 0,5 - 0,7 sm (zəif ütülənən parçalarda)
7. Qol ağzının eni
A nöqtəsindən sola üfüqi xətt üzrə 11 sm qeyd edilib, A1 nöqtəsi qoyulur.
8. Qol ağzının mailliyi
Qol ağzının mailliyi qolun enindən və formasından asılıdır.
A1 nöqtəsindən aşağıya şaquli xətt üzrə 2 sm qeyd edilib A2 nöqtəsi qoyulur. A2 nöqtəsi A ilə düz xətlə birləşdirilir. A2 nöqtəsi Qsol ilə düz xətlə birləşdirilir, dirsək xətti ilə kəsişmə nöqtəsi D2 adlandırılır (Şəkil 3.3).