Qsağ nöqtəsindən yuxarı şaquli xətt üzrə 5,6 sm qeyd edilir, 1 nöqtəsi qoyulur. Qsol nöqtəsindən yuxarı şaquli xətt üzrə 7,6 sm Q3 nöqtəsi qoyulur, (bax şəkil 3.2)
7. Qolun yuxarı dairəsinin nəzarət çırtları səviyyəsində genişlənməsi:
1 və Q3 nöqtələrindən üfüqi xətt üzrə sağa və sola 0,5 sm ölçülüb, uyğun olaraq 1 və Q3 nöqtələri qoyulur. O5 və O6 köməkçi nöqtələrdir.
Qsağ nöqtəsindən sola 2,8 sm bucağın tənböləni üzrə qeyd edilib 8 nöqtəsi qoyulur. Qolun dairəsinin aşağı hissələri 1", 8, D2,"5, Q3 nöqtələri əyri xətlərlə birləşdirilir.
8. Qolun qabaq aşırımının əyilməsi (Şəkil 3.2).
Qsağ nöqtəsindən sağa üfüqi xətt üzrə 8,8 sm ölçülüb Q1 nöqtəsi qoyulur. Q1 nöqtəsindən aşağıya şaquli xətt çəkilir, ətək xətti ilə kəsişmə nöqtəsi A3 adlandırılır.
9. Qolun arxa aşırımının əyilməsi
Qsağ nöqtəsindən bucağın tənböləni üzrə 2,8 sm ölçülür, 8' nöqtəsi qoyulur. Qolun dairəsi 1' 8', Q1 nöqtələrindən əyri xətlə birləşdirilir.
10. Dirsəkdə qolun aşırımı