2. Qolun eni:
Qolun çertyojunun qurulması üçün iki kəsişən perpendikulyar düz xət çəkilir. Onların kəsişmə nöqtəsi O1 adlandırılır. O1 nöqtəsindən şaquli xətt üzrə yuxarıya 14,5 sm - qolun yuxan dairəsinin hündürlüyü qeyd edilərək O2 nöqtəsi qoyulur. O2 nöqtəsindən sağa və sola üfüqi xətt çəkilir.
3. Qolun hazır vəziyyətdə eni:
O1 nöqtəsindən sağa və sola 8,8 sm qeyd edilərək Qsağ və Qsol adlandırılır. Bu nöqtələrdən yuxarıya perpendikulyar qaldırılır və kəsişmə nöqtələri sağda O4, solda O3 adlandırılır (Şəkil 3.2).