Hesabat- Qol yerinin eni=3/10 döş yarımdairəsi=48:10x3=14,4 sm
Boyunun eni = 1/6 boyun dairəsi=39:6=6,5 sm
Qolun eni =4/10 döş yarımdairəsi =48:10x4=19,2 sm+4 sm (əlavə pay)=23,2 sm
Bünövrə xəttinin qurulması - Vərəqin sol tərəfində düz bucaq çəkilir. Şaquli tərəf üzərində kürəyin uzunluğu 45 sm və köynəyin uzunluğu 80 sm qeyd edilir. Hər iki nöqtədən sağa üfüqi xətlər üzrə köynəyin bel xətti və ətək xətti çəkilir. Kürəyin uzunluğu yarıya bölünərək bölgü nöqtəsindən döş xətti çəkilir. Döş xətti üzrə döş yarımçevrəsi 58 sm ölçülüb qoyulur. Alınmış nöqtədən şaquli xətt keçirilir və ön hissənin orta xətti alınır. Döş xətti yarıya bölünür və həmin nöqtədən aşağıya şaquli xətt çəkilir. Bu xətdən sağa və sola qol yerinin eni 14,4 sm yarıya bölünür. Alınmış sol nöqtədən yuxarıya kürəyin en xətti, sağ tərəfdəki nöqtədən yuxarıya ön hissənin en xətti çəkilir.
Kürəyin çertyojunun qurulması - Boyun xətti. A nöqtəsindən sağa boyunun eni 6,5 sm və ahnmış nöqtədən yuxarıya boyunun dərinliyi 2 sm qeyd edilir.
Alınmış nöqtə A nöqtəsi ilə əyri xətlə birləşdirilir (Şəkil 2.14).
Çiyin xətti. Yuxarıdan aşağıya kürəyin en xətti üzrə 2 sm çiynin mailliyi qeyd edilir. Boyun xətti üzərindəki 2 nöqtəsilə alınmış nöqtə birləşdirilib sağa tərəf uzadılır. Üzərində çiynin uzunluğu 18 sm qeyd edilir. Çiyin xəttindən aşağı şaquli xətt üzrə 2 sm qeyd edilir.
Kürəkdə qol yeri. Döş xəttindən yuxarıya kürəyin eni xətti üzərində aşağıdan (onun 1/4-ni) 6 sm qeyd edilir. Qol yerinin eninin sol tərəfindəki bucağın tənböləni çəkilir. Üzərində 3 sm qeyd edilir. Çiyin xəttinin son nöqtəsi, 6 nöqtəsi, 3 nöqtəsi və qol yerinin eninin orta nöqtəsi birləşdirilib kürəkdə qol yeri xətti ahnır.
Koketka. Kürəyin orta xətti üzrə aşağıya 4,5 sm qeyd edilir. Bu nöqtəni çiyin xəttindən aşağı qeyd edilmiş 2 sm nöqtəsilə birləşdirilir və qol yeri xəttini kəsənə qədər uzadılır. Koketkanın xətti çəkilir. Bu xətdən aşağıya qol yeri xətti üzrə yenə 2 sm qeyd edilir. Bu nöqtədən qol