2.4. Köynəklərin konstruksiyasını qurur
Qadın köynəyinin çertyojunun qurulması
Qadın köynəyinin çertyoju donun əsas ülgü çertyoju əsasında qurulur və aşağıdakı
əməliyyatlar yerinə yetirilir:
- Donun əsas ülgü çertyojunda köynəyin uzunluğu qeyd edilir. Məsələn: b
xəttindən aşağı 20-22 sm.
- Çertyojdakı yan və bel qarsaqları ləğv edilir (Şəkil 2.10).
Şəkil 2.10. Don çertyojunda edilən dəyişikliklər
- Ön və arxa hissənin boynu 1 sm genişləndirilir. Çertyojda yaşıl xətlə
verilmişdir.
- Arxa hissədəki çiyin qarsağı bağlanılır. Bağlanmış qarsağın dərinliyi kürək
hissədə verilmiş koketkada balanslaşdırılır.