Çiyinin son nöqtəsi (0.5) Q5 nöqtəsi ilə birləşdirilir. Alınmış xətt üç hissəyə bölünür. Aşağıdakı bölgü nöqtəsindən sağa perpendikulyar üzərində 1 sm qeyd edilib, 0.5,1, Q5, Q6, D4 nöqtələri birləşdirilərək ön hissədə qol yeri xətti çəkilir (Şəkil 2.9).
Bel xəttində qarsaqların hesablanması. Bel xəttində yerləşən bütün qarsaqların cəmini hesablamaq üçün bel yarım çevrəsi məmulatın enindən payla birlikdə çıxılır.
Qarsaqların cəmi aşağıdakı qaydada bölüşdürülür: yan qarsaq 3-4 sm, arxa qarsaq 3 sm. Qalan 5 sm (12-4-3 =5 sm) isə ön hissənin bel xəttində iki qarsaq arasında bölünür. Birinci qarsaq arası məsafə 3 sm olur. Qarsağın orta xətti D6 nöqtəsindən aşağıya keçir. İkinci qarsaq arası məsafə 2 sm olur və birinci qarsaqla yan kəsiyi arasında yerləşdirilir.
Əgər qarsaqların cəmi 14 sm-dən çox olarsa, onda kürək hissədə iki qarsaq qoymaq məsləhətdir. Bu iki qarsağın cəmi 5 sm -dən çox olmamalıdır. Kürək hissədə iki qarsaq qurulan halda birinci qarsaq DD2 parçasının ortasında, ikinci qarsaq isə birinci ilə yan kəsik xətti arasında yerləşdirilir.
Ön hissənin bel, çanaq və ətək xətti. Ön hissədə bel xəttini qurmaq üçün 2 nöqtəsi ilə B30 nöqtəsi birləşdirilir. Ön hissədə çanaq xətti və ətək xətti bel xəttinə paralel olaraq çəkilir. Ön hissənin və kürəyin bel xətti üzərində qarsaqların tərəfləri çertyojda olduğu kimi qurulur (Şəkil 2.9).
Çanaq xətti üzrə ön və arxa hissənin enliləşdirilməsi. Çanaq dairəsinin (payla birlikdə) ölçüsündən məmulatın eni çıxılır.
Alınmış rəqəm iki yerə bölünərək ön və arxa hissənin çanaq xətti üzrə enliləşdirmək üçün 02 nöqtəsindən sağa və sola 1 sm qeyd edilir. Kürək hissədə bel xəttindəki 2 nöqtəsi çanaq xəttindəki 1 nöqtəsi ilə birləşdirilir, 0.5 sm qabarıqlıq verməklə yan kəsik xətti çəkilir. Ön hissədə yan xətt bu qayda ilə çəkilir və aşağı xətt kəsənə qədər uzadılır (kürəyin və ön hissənin orta xəttinə paralel olaraq).