1. Oturacağın hündürlüyü
B1 nöqtəsindən şaquli xətt üzrə 27,5 sm qeyd edilib M1 nöqtəsi ilə işarə edilir. M1 nöqtəsindən sağa və sola üfüqi xətt çəkilir.
2. Çanaq xəttinin məsafəsi
M1 nöqtəsindən yuxarı şaquli istiqamətdə 9,1 sm qeyd edilib 01 nöqtəsilə işarələnir. 01 nöqtəsindən sağa və sola üfüqi xətt çəkilir (Şəkil 2.8).
3. Çanaq xətti üzrə şalvarın eni
01 nöqtəsindən sağa üfüqi xətt boyunca 25,5 sm ölçülüb 02 nöqtəsi qoyulur. 02 nöqtəsindən aşağı və yuxarı şaquli xətt çəkilir, kəsişmə nöqtələri B2 və M2 adlandırılır.
4. Addımın eni
M2 nöqtəsindən sağa üfüqi xətt üzrə 5,3 sm ölçülüb M3 nöqtəsi qoyulur.
5. Qat (ütü) xətti
M nöqtəsindən yuxarı və aşağı şaquli xətt çəkilir, kəsişmə nöqtələri B,0 adlandırılır (Şəkil 2.8).
6. Diz xəttinin məsafəsi
B nöqtəsindən aşağı qat xətti üzrə 56 sm qeyd edilib D nöqtəsi ilə işarələnir. D nöqtəsindən sağa və sola üfüqi xətt çəkilir.