2.2. Şalvarı konstruksiya edir.
Şalvar çertyojunun qurulması
Müasir şalvarların forma və biçimləri çox müxtəlif və rəngarəngdir. Şalvarlar ən çox uzunluqlarına görə şərti adlar almışdır (Şəkil2.7). Məsələn, qolf - uzunluğu dizdən aşağı, baldırın mərkəzinə qədər; bermud - uzunluğu dizə qədər, şort - uzunluğu çanaq mərkəzinə qədər; mərkəzi hissəsində geniş aşağı və yuxarı hissə dar olan şalvara isə banan adı verilmişdir.Şalvarın çertyojunun qurulması üçün lazım olan ölçülər:
Ybel
Yçanaq Ubel diz Uyan Eətək ƏPbel Əpçanaq |
38 sm
52 sm 56 sm 100 sm 24 sm 0,5-1,5 sm 0,5-4 sm |
Şalvarın ön hissəsinin çertyojunun qurulması
Bel və çanaq ölçülərinə verilən sərbəstlik payları şalvarın siluetindən, bədənə yatımlı və ya sərbəst olmasından asılıdır.
Təpə nöqtəsi B1 olan düz bucaq - aşağı şaquli və sağa üfüqi xətt çəkilir (Şəkil 2.8).