0 nöqtəsindən sağa 53 sm ölçülüb 01 nöqtəsi qeyd edilir. 01 nöqtəsindən aşağı və yuxarıya doğru şaquli xətt çəkilir. Ətək xəttinin kəsişməsi Ə1 adlanır.
5. Yan xəttin məsafəsi
01 nöqtəsindən sola 27,5 sm ölçülüb 02 nöqtəsi qeyd edilir. Qeyd olunmuş nöqtədən aşağı və yuxarıya şaquli xətt çəkilir. Kəsişmə nöqtəsi Ə2 adlanır.
Ə 2 nöqtəsindən yuxarıya 63,5 sm ölçülüb B2 nöqtəsi qoyulur. B1, B2 və B nöqtələri düz xətlə birləşdirilir (Şəkil 2.2).
7. Ön qarsağın yeri və uzunluğu
01 nöqtəsindən sola 10,6 sm ölçülüb 03 nöqtəsi qoyulur. 03 nöqtəsindən yuxarıya bel xəttini kəsən şaquli xətt çəkilir. Kəsişmə nöqtəsi B3-dən aşağıya 11 sm ölçülüb Q nöqtəsi qoyulur (Şəkil 2.2).
8. Arxa qarsaqların yeri və uzunluğu
0 nöqtəsindən sağa 10,6 sm ölçülüb 04 nöqtəsi qoyulur. 04 nöqtəsindən yuxarıya perpendikulyar qaldırılıb kəsişmə nöqtəsi B4 adlandırılır. Arxa qarsaqların uzunluğu B4Q1 15-17 sm-dir. B4 nöqtəsindən aşağıya doğru 15 sm qeyd edilib Q nöqtəsi qoyulur (Şəkil 2.2).