TƏLİM NƏTİCƏSİ 2
Yüngül geyimləri konstruksiya etməyi bilir və ülgüləri
hazırlamağı bacarır.
|
2.1. Çeşidlərinə əsasən ətəklərin çertyojunu hazırlayır.
Düz ətəyin çertyoju
Konstruksiyasına və biçiminə görə ətəklər 3 qrupa bölünür: düz, xiştək (klin) və klyoş (konusvari).
Düz ətəklər bədənə yapışıq siluetdə birtikişli, ikitikişli, üçtikişli, qatlamalı, büzməli və s. ola bilər (Şəkil 2.1).
Klin ətəklər 4, 6, 8, 10, 12 hissədən ibarət ola bilər. Klinlər aşağı xəttə doğru enliləşmiş olur (Şəkil 2.5).
Konusvari - klyoş ətəklər bir qayda olaraq, dairənin bir hissəsində yerləşirlər. Ön hissənin ortasında əriş sapı məmulatın uzunu boyunca keçir. Qalan hissələrdə isə əriş sapı müxtəlif istiqamətlərdə keçir (Şəkil 2.3).
Düz ətəyin çertyojunu qurmaq üçün uzunluq və dairəvi ölçülər götürülür. Uzunluq ölçüləri yandan, arxadan, öndən ölçülərək bütöv yazılır. Bu ölçülərdən döşəmədən ətəyin aşağı kəsiyinə qədər olan məsafə çıxılır. Dairəvi ölçülər - bel, çanaq xətti boyunca ölçülərək yarısı yazılır.
Uad = 97,5 sm- 35 sm (döşəmədən ətəyin aşağı kəsiyinə qədər olan məsafə) = 62,5 sm
Uyd = 98,5 sm-35 sm (döşəmədən ətəyin aşağı kəsiyinə qədər olan məsafə)= 63,5 sm
Uqd = 97sm - 35 sm (döşəmədən ətəyin aşağı kəsiyinə qədər olan məsafə)= 62 sm
Ybel
Yçanaq ƏPb Əpçanaq |
38 sm
53 sm 0 sm 0-1 sm |