Dairədən kənardakı stullarda əyləşmiş digər qrup onların ölçü götürmələrini yazıya alır, təhlil edir və öz əks dəlillərini hazırlayırlar. 15-20 dəqiqədən sonra diskussiya dayandırılır, xarici və daxili dairədən olan tələbələr öz yerlərini dəyişirlər. Onlar əvvəlki iştirakçıların dəlillərini təkzib etmək üçün diskussiya aparırlar.