1.4. Ölçüyə əsasən bazis torunu qurur.
Əsas ülgü çertyojunun bazis konstruksiya xətləri
Biz bütün konstruktiv xətlərin ölçü göstəricilərinin alınması üçün müəyyən edilmiş nöqtələri (fiqurdan, cədvəllərdən), ölçülərin götürülmə üsulunu ətraflı öyrəndik. İndi isə əsas ülgü çertyoju çərçivəsinin qurulmasına lazım olan ardıcıllığı mənimsəməklə, yəni modeli və modelə uyğun tikiləcək materialı, siluetinə görə əlavə pay və artımların miqdarını, geyimin en (arxa və qabaq hissələrin, qol yerinin) və uzunluq (boyun nöqtəsindən döş, bel, çanaq, ətək xətlərinə qədər olan uzunluq) ölçülərini müəyyən etdikdən sonra məmulatın ülgü çertyojunun bazis çərçivəsi qurulur.
Bazis çərçivəsi bir neçə üfüqi və şaquli xətlərdən ibarətdir (Şəkil 1.28 ). Bunun köməyi ilə geyimin yarısının ülgü çertyoju (arxa, qabaq hissələr) fiqurda gərdən xəttindən (qabaq hissənin orta xəttindən) arxa hissənin orta xəttinə qədər (bədən səthinin yarısının açılmış halında olan sahə) qurula bilər (Şəkil 1.28).
Üfüqi xətlər: