Arxadan qol yerinin hündürlüyü - Ha qol (Şəkil 1.17 ) boyun nöqtəsinin birinci və ikinci döş yarımdairəsini göstərən lentin üst tərəfinədək ölçülür.
Kürəyin eni - Ek (Şəkil 1.18) kürəyin üstü ilə qoltuqaltının arxa qövslərinin küncləri arasındakı məsafədir.
Arxadan çiyinin maillik hündürlüyünü - Ha çiy (Şəkil 1.19 ) tapmaq üçün çiyin nöqtəsindən bel xəttindən fəqərə sümüyünə qədər olan ən qısa məsafə ölçülür. 40 və 43 ölçü göstəriciləri eyni zamanda götürülür.